Bakı, 16 yanvar, AZƏRTAC
Biz təhlillər apardıq və qənaətə gəldik ki, Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Unberto de Pretto deyib.
O bildirib ki, Orta Dəhliz Çindən Avropaya, oradan Amerikanın şərq sahillərinə də ən qısa yoldur.
Onun sözlərinə görə, Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür: “Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq”.