RU

ABŞ-nin yeni dövlət katibi prioritetlərini açıqladı – Ukrayna mövzusunda “cəsarətli diplomatiya” vəd etdi

“Yeni administrasiya Rusiyanın Ukraynaya təcavüzünə son qoymaq üçün “cəsarətli diplomatiya” həyata keçirəcək”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədi, Florida ştatından senator Marko Rubio çərşənbə günü Senatın Xarici Əlaqələr Komitəsinə verdiyi təsdiqləmə dinləmələrində deyib.

"Bu müharibə bitməlidir və məncə, ABŞ-nin rəsmi siyasəti olmalıdır ki, biz onun bitməsini istəyirik. Bu, asan olmayacaq, amma cəsarətli diplomatiya tələb edəcək”, - o deyib.

Rubio "realist olmaq" lazım olduğunu qeyd edərək, "həm Rusiya Federasiyasının, həm də Ukraynanın güzəştə getməli olacağı" fikrini ifadə edib. Lakin o, heç bir sülh planının təfərrüatlarını açıqlamayıb.

Hazırkı Bayden administrasiyasının siyasəti Moskva ilə birbaşa münaqişəyə girmədən Ukraynanı Rusiya ilə qarşıdurmada mümkün qədər qədər dəstəkləməkdən ibarətdir.

Donald Tramp dəfələrlə bildirib ki, o, müharibənin tez bir zamanda dayandırılmasının tərəfdarıdır və prezidentliyinin ilk aylarında sülh razılaşmalarının əldə olunacağına ümid edir. O, həmçinin Baydenin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra danışmadığı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

NATO haqqında danışan Rubio onu çox vacib bir ittifaq adlandırıb, lakin ABŞ-nin “təkcə müdafiə müttəfiqlərinə deyil, bacarıqlı müdafiə müttəfiqlərinə ehtiyacı olduğunu” vurğulayıb və Trampın ardınca ABŞ müttəfiqlərinin kollektiv müdafiəyə daha çox töhfə verməsinin lehinə danışıb.

Rubio 21-ci əsrdə ABŞ-nin çiçəklənməsi üçün əsas təhlükə olaraq Çinin adını çəkib.

Marko Rubionun xarici siyasət eksperti kimi nüfuzu var, bunu onun demokratlardan olan rəqibləri də etiraf edirlər. O, əvvəllər Trampın tənqidçisi idi, lakin sonradan seçilmiş Prezidentin qızğın tərəfdarına çevrilib. Rubio Ukraynanın işğalından əvvəl də Vladimir Putinin kəskin tənqidçisi olub, Rusiyada insan haqlarının pozulmasına və müxalifətin təqiblərinə diqqət çəkib. Son illərdə o, Rusiya məsələlərinə az diqqət yetirir.

“AzPolitika.info”

Избранный
2
azpolitika.info

1Источники