RU

"Karatenin adını dəyişib Rafael Ağayev qoymaq lazımdır" - İstefa məsələsi

Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti, karateçi Rafael Ağayev vəzifəsindən istefa verir.

Ölkə.Az xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb. O bildirib ki, səbəblər çox olsa da, əsas səbəb onun iclaslara dəvət olunmaması və hər hansı bir iş tapşırılmamasıdır.
Onun bu çıxışı idmansevərlərin narahatlığına səbəb olub.

"Azərbaycan karatesinin əfsanəsi" sayılan R.Ağayevin sözügedən federasiyadan ayrı düşəcəyi müzakirələrə yol açıb.

Tanınmış aktyor İslam Mehrəliyev də də karateçimizin istefa qərarına münasibət bildirib.
"Ümumiyyətlə, karatenin adını Rafael Ağayev qoymaq lazımdı", - deyə o bildirib.

Qeyd edək ki, idmançımızın istefası ilə bağlı ilk məlumatı sportlife.az saytı yazıb. Bu barədə R.Ağayev artıq istefa ərizəsini yazıb.

Xatırladaq ki, R.Ağayev 6 dəfə dünya, 11 dəfə Avropa çempionu olub.

Billurə

Избранный
6
olke.az

1Источники