RU

“Kukseviç adlı-sanlı məşqçilərdən sayılır” – “Baku Fire” həyəcanlanır?

Yanvarın 18-də futzal üzrə ölkə kubokunun 1/4 final mərhələsində “Baku Fire” ilə “Araz-Naxçıvan” üz-üzə gələcək. “Araz-Naxçıvan” rəhbərliyi bir neçə gün əvvəl rusiyalı mütəxəssis Yevgeni Kukseviçi gətirdi və qarşısına çempionluq hədəfi qoydu.

Yeni baş məşqçinin gəlişi və ilk oyunda rəqib olmağınız sizi çəkindirirmi? Bu sualı “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazova ünvanladıq:

“Bizi çətin sınaq gözləyir. “Araz-Naxçıvan” həm kubokda, həm də çempionatda iddialardandı. Yevgeni Kukseviç adlı-sanlı məşqçilərdən sayılır. Düşünürəm ki, bu təyinat “Araz-Naxçıvan”ın oyunlarında özünü müsbət tərəfdən göstərəcək. Ayın 18-də olacaq oyuna hazırlıq davam edir. Onlara qarşı oyunlarda buraxdığımız boşluqları maksimum azaltmağa çalışırıq. Oyun bizim üçün maraqlıdı”.

ƏSƏD SEYİDOV
Избранный
2
football-plus.az

1Источники