RU

"Ermənistanın hərbi potensialının artırılması bölgədə gərginliyə səbəb olur"- Millət Vəkili

Amerika Birləşmiş Ştatları və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi bölgə üçün nə vəd edir?

Mövzu ilə bağlı Millət Vəkili Samir Vəliyev News365.az-a fikirlərini bildirib. 

“Ermənistan hazırda ikili, hətta çoxvektorlu oyun oynayır. Bu baxımdan, regionda sabitlik, stabillik və sülhün təmin olunması istiqamətində səsləndirdiyi fikirlərin nə qədər yanıltıcı və yanlış olduğu, onların real addımları ilə günümüzdə açıq şəkildə görünür.”

Millət Vəkili qeyd edir ki, Qərbin Cənubi Qafqazda mövcudluğu, sülhün  imzalanmasına  maneə törədir:

"Qərbin Cənubi Qafqazda mövcudluğu, mənim fikrimcə, ilk növbədə sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazda sülhün bərqərar olmasına ciddi maneə törədir. Əlavə olaraq nəzərə alsaq ki, Ermənistanın hərbi bazalarının gücləndirilməsində, yəni Ermənistanın hərbi potensialının artırılmasında Avropa İttifaqının və ona üzv olan ölkələrin rolu kifayət qədər böyükdür, bu, öz növbəsində bölgədə gərginliyə səbəb olur."

News365.az

Избранный
3
news365.az

1Источники