RU

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin icrası sadələşdirilib

Azərbaycanda icarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmi təkmilləşdirilib.

Valyuta.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri icarə münasibətlərində vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

Bir çox sahələrdə olduğu kimi, kirayə və icarə münasibətləri zamanı müasir dövrün tələblərindən irəli gələrək informasiya texnologiyalarından istifadənin genişləndirilməsi və yeni bazar iştirakçılarının yaranması müşahidə olunur. Bu baxımdan kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyici olmayan şəxslər arasında əmlak kirayəsi zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizmi sadələşdirilib. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəyə verənin verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi ilə bağlı vəzifəsi həmin platformalar, yəni vergi agentləri tərəfindən yerinə yetiriləcək.

Dəyişiklik kirayə xidmətləri üzrə əlaqələndirici platformaların inkişafına, icarə münasibətləri sahəsində dövriyyələrin ağardılmasına, eləcə də bu sahədə vergi öhdəliklərinin yerinə yetirilməsinə müsbət təsir edəcək.

Избранный
4
9
valyuta.az

10Источники