RU

"Atəşkəs razılaşması dinc gələcək təklif edən iki dövlətli həll üçün əsas yarada bilər", K.Harris

ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, Qəzzada İsrail və HƏMAS arasında əldə edilən atəşkəs razılaşması dinc gələcək təklif edən iki dövlətli həll üçün əsas yarada bilər.

Ağ Evdən verilən açıqlamaya görə, Harris özünün və hazırkı prezident Co Baydenin Qəzzada əldə edilən razılaşmanın bir hissəsi olaraq ABŞ vətəndaşı məhbusların evlərinə dönəcəyindən məmnunluğunu ifadə edib, Qətər və Misirə razılaşmanın əldə edilməsində böyük rol oynadıqları üçün təşəkkür edib.

K.Harris bu proses zamanı Orta Şərqdə bir çox liderlə keçirdiyi görüşlərdə "İsrailin təhlükəsizliyi, məhbusların azad edilməsi, Qəzzaya hücumların sona çatması və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququ" mövzularına diqqət yetirdiyini bildirib.

Atəşkəs razılaşmasının Qəzza xalqına humanitar yardımları artıraraq və münaqişəni sona çatdıraraq ehtiyac duyduqları yardımı təmin edəcəyini irəli sürən edən Harris "Hələ görüləcək çox iş olsa da, inanıram ki, bu razılaşma İsrail və Fələstin xalqları üçün daha dinc gələcək təmin edəcək iki dövlətli həllin əsasını təşkil edə bilər" deyib. 

Digər tərəfdən, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs razılaşmasını 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəlməsi ilə əlaqələndirmişdi.

Atəşkəsdə "böyük" rol oynadığını iddia edən Tramp "Mən hələ vəzifəmin icrasına başlamamış çox şeyə nail olduq. Bir də Ağ Evə qayıdanda baş verə biləcək böyük şeyləri təsəvvür edin" deyib.



Избранный
6
trt.net.tr

1Источники