RU

Rusiyaya DƏHŞƏTLİ HÜCUM: Neft anbarı PARTLADILDI – CANLI

Rusiyanın Voronej vilayətinin Liski şəhərində dronların neft anbarına hücumu nəticəsində böyük yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə yerli vaxtla gecə saatlarında qeydə alınıb və yanğının miqyasını azaltmaq üçün çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. Qusevin sözlərinə görə, hücum zamanı neft bazası ərazisinə bir neçə PUA düşüb.

Məlumata görə, partlayışdan sonra anbarda güclü alovlanma başlayıb və qısa müddət ərzində yanğın ətraf ərazilərə yayılmaq təhlükəsi yaradıb. Hadisə nəticəsində anbara ciddi ziyan dəyib, lakin xəsarət alanlar və ya həlak olanlar barədə hələlik rəsmi məlumat verilməyib.

Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. Yerli sakinlər arasında narahatlıq artıb və təhlükəsizlik tədbirləri gücləndirilib. Xatırladaq ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində enerji obyektlərinə yönəlmiş dron hücumlarının sayı artıb.

Ukrayna prezidenti Vladimir Zelenski ordunun cəbhə xəttindəki ağır vəziyyətindən danışıb. Zelenski Polşa mətbuatına müsahibəsində deyib: "Ukrayna Silahlı Qüvvələri bölmələrinin yalnız 60%-i tam təchiz olunub". O, həmçinin etiraf edib ki, cəbhə xəttində Ukrayna silahlı qüvvələri üçün vəziyyət ağırdır. "Elə olur ki, təşəbbüs bir tərəfdən digər tərəfə keçir. Kəndlər və şəhərlər beləcə düşmənin əlinə keçir və ən çox bu, son vaxtlar, ölkəmizin şərqində baş verir", - Zelenski əlavə edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Qədir Aslanla gündəmi dəyərləndirir.

 https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Избранный
6
1
musavat.com

2Источники