RU

Rusiyanın bu fonddakı vəsaitləri AZALIR - MÜQAYİSƏ

Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,22 trilyon rubl azalaraq 11,88 trilyon rubla (təxminən 116 milyard dollar) düşüb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Maliyyə Nazirliyinin bəyanatında əksini tapıb. Açıqlamada qeyd olunub ki, ehtiyatların ÜDM-yə nisbəti 6,2 faiz təşkil edib.

 

Ölkənin Milli Rifah Fondu rubl, qızıl və yuandakı aktivlərə malikdir. Rusiya 2021-ci ilin iyulunda Milli Rifah Fondundakı dollar ehtiyatlarını, 2022-ci ildə sterlinq və yen, 2024-cü ilin yanvarında isə avro ehtiyatlarını sıfıra endirib.

 

Qeyd edək ki, Rusiyanın Milli Rifah Fondu neft və təbii qaz ixracından əldə edilən əlavə gəlirlərin toplandığı fonddur və 2008-ci ildə yaradılıb. Fondun vəsaitləri büdcə kəsirinin bağlanılması məqsədilə də istifadə edilir.

 

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra fondda vəsaitlər azalır. 2021-ci ildə fondun vəsaitləri 183,3 milyard dollar idi. Son 4 ildə fondun vəsaiti 67,3 milyard dollar azalıb.

 

Vasif

Sfera.az

Избранный
3
sfera.az

1Источники