RU

20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir -Vüqar Rəhimzadə

Bakı. Trend:

20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər,həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illərimperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçüncanından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayişetdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindənAzərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədənplanlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə,insan haqlarını pozan cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nəkeçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası MərkəziKomitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ MüdafiəNazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlərNazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçərayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tiplisilahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirildi. Hərbiəməliyyatlar nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü,744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbiqulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədəntəcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğınnəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. 1990-cı ilinYanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixitorpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq QarabağınErmənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ciildən başladı. Sovet rəhbərliyi yüksələn xətt üzrə davam edəngərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşıdəhşətli cinayət törətdi. 20 Yanvar hadisələrindən sonra Sovetimperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarınıitirdi.

Bu fikirləri TrendMilli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.

Millət vəkili bu mühüm məqamı xüsusi qeyd edib ki, həmin vaxtAzərbaycan informasiya blokadasına alınmışdı:

“Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerjibloku partladılmışdı. Hərtərəfli informasiya blokadası səbəbindəndünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədənxəbərsiz idi. O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevhəyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü, yanvarın 21-dəailə üzvləri ilə birgə Azərbaycanın Daimi Nümayəndəliyinə gələrəkxalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinəsiyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə ziddolduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanətiüzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ulu Öndər faciəilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransıkeçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyətnümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyətutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayətadlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiyablokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədənAzərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Nəticədə Azərbaycanxalqının qəlbində ümid çırağı yandı”.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, 20 Yanvar hadisələrindənsonra xalq daha bir gerçəkliyin şahidi oldu:

“Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətəçevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzüaçılmağa başladı. Belə ki, əvvəllər dəfələrlə 20 Yanvarhadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edənAzərbaycan Xalq Cəbhəsi hakimiyyəti zəbt etdikdən sonra bu mövzunuunutdu. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymətvermək əvəzinə sanki ört-basdır etməklə məşğul oldular. Bu daəlbəttə, onlar haqqında çoxlu qaranlıq mətləblər, suallar olduğunuortaya qoyur. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tamsiyasi-hüquqi qiymət verilməsi məsələsi yalnız Ümummilli LiderHeydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi iləAzərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra həllini tapdı.Bu reallığı dövlətimizin başçısı Prezident İlham Əliyev YeniAzərbaycan Partiyasının VII qurultayındakı çıxışında beləxarakterizə etmişdi: “Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtıvar idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanınabatmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etməkistəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasiqiymət verdi”.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndər Heydər Əliyevintəşəbbüsü ilə hələ 1990-cı il noyabrın 21-də Naxçıvan MuxtarRespublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfəsiyasi-hüquqi qiymət verən qərar qəbul edildi:

“Bu qərar Ümummilli Lider Heydər Əliyev qətiyyətinin təzahürükimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvarfaciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindəntələb edilirdi. Lakin bütün bu çağırışlara baxmayaraq Azərbaycanmüstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidardaolanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündəcəsarət tapmadı. 1993-cü ildə, Azərbaycanın ağır günlərində xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevinəsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafındayaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizindünya ictimaiyyətinə çatdırılması oldu. O da məlumdur ki, 1994-cüil martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclissəviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Qərarda 20Yanvar faciəsinin günahkarları konkret qeyd olunurdu və bu qanlıaksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqıninamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimitərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimiqiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi.Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvarhadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 YanvarŞəhidi” fəxri adı təsis edildi”.

Vüqar Rəhimzadə qeyd edib ki, son 21 ildə Ümummilli Lider HeydərƏliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirənPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin adının ucatutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinəxüsusi diqqət göstərir:

“Prezident İlham Əliyev hər il yanvarın 20-də Şəhidlərxiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünəəklil qoyur. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinintəqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə şəhid ailələrinətəqaüd verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlərxiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı. BakınınYasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərininxatirəsinə memorial abidə kompleksi ucaldıldı”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan övladları 1990-cı ilyanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifəyazdılar:

“Qanlı faciədən 35 il keçməsinə baxmayaraq, xalqımız hələ də omüdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyitörədənlərə, xəyanət və cinayətin səbəbkarlarına öz dərin nifrətinibildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığınıyüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsinidərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniştədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğınınildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. 20Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrundaxalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimiAzərbaycan tarixinə əbədi həkk olunub. Vətənin azadlığı,suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsihəmişə qəlbimizdə yaşayacaqdır”.

Vüqar Rəhimzadə bildirib ki, bu gün bütün şəhidlərimizin ruhuşaddır. Azərbaycan şanlı Zəfərə imza ataraq tarixi ədaləti bərpaetdi.

“Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişAzərbaycanın uğurlarından bəhs edirik. Qalibiyyət rəmzi olanüçrəngli Bayrağımız azad edilmiş bütün ərazilərimizdə əzəmətlədalğalanır. Vaxtilə böyük inamla qeyd etdiyimiz “TezlikləQarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq”arzusunu bu gün “Tezliklə Böyük Qayıdış Proqramı uğurla başaçatacaq” çağırışı əvəzləyir. Tarixi sahibinə qayıdan Qarabağımız vəŞərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğmayurd-yuvalarına qayıdışın sevincini yaşayırlar”, - deyə deputatqeyd edib.

Избранный
5
50
az.trend.az

10Источники