RU

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Diyarbakırın Tavşantəpə kəndində 8 yaşında qətlə yetirilən Narin Güranın yaxınları olan 50-yə yaxın uşaq Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə dövlət himayəsinə götürülüb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, nazirlik bu uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə təcili tədbirlər görüb və ərazidəki 158 uşağı müəyyən edərək onların rifahını qorumağa çalışır.

Ailə və Sosial Xidmətlər Nazirliyinin Hüquq Xidmətləri Baş direktoru Özge Aydış Toy bu vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisi (TBMM) komissiyasına mühüm məlumatlar verib. Toy kənddə baş verən hadisədən sonra 50-yə yaxın Güran ailəsinin uşağını müəyyən etdiklərini və bəzi uşaqlar üçün məhkəmədən həbs-qətimkan tədbiri alındığını açıqlayıb.

Nazirlik bu tədbirləri ciddi şəkildə həyata keçirməkdədir.

Nərmin
Milli.Az

Избранный
2
1
milli.az

10Источники