RU

Trampın andiçmə mərasimində Çinin vitse-prezidenti iştirak edəcək

Trampın andiçmə mərasimində Çinin vitse-prezidenti iştirak edəcək

ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimində Çini vitse-prezident Han Cing təmsil edəcəyi açıqlanıb.Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Hanın yanvarın 20-də keçiriləcək mərasimə dövlət başçısı Si Cinpinin xüsusi nümayəndəsi kimi qatılacağı bildirilib.Bəyanatda Çinin ABŞ ilə münasibətlərində qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qazan-qazan əməkdaşlıq prinsiplərinə sadiq qaldığı vurğulanıb və “Biz ABŞ-ın yeni hökuməti ilə dialoqu və ünsiyyəti gücləndirməyə, fikir ayrılıqlarını lazımi şəkildə idarə etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və sabit, sağlam və dayanıqlı Çin-ABŞ münasibətlərini birgə hədəfləyərək iki ölkənin anlaşması üçün düzgün yolu tapmağa hazırıq" deyə əlavə edilib.

Избранный
12
50
afn.az

10Источники