RU

“Bu il ilk dəfə olaraq 35 mindən artıq səhmdarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik”

Ölkəmizin ən böyük bankı olan ABB bu günlərdə 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi. İlin yekunlarına Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla birgə nəzər saldıq:

-Abbas müəllim, ABB 2024-cü ili hansı maliyyə nəticələri ilə başa vurdu?

-2024-cü il də ABB-nin strateji inkişafının ən uğurlu illərindən oldu. Belə ki, Bankımız 2024-cü ili 293,732,04 min manat xalis mənfəətlə tamamlamışdır. ABB-nin əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 22,8% artmışdır. 2024-cü ilin maliyyə nəticələrinə əsasən, Bankın dövlət büdcəsinə 131 milyon manat mənfəət vergisi ödəməsi gözlənilir. Kredit portfelimizdə iri həcmdə, 1.3 milyard AZN, yəni 25,8%-lik artım baş vermişdir. Biznes kreditləri portfelimizi 605 milyon manat artımla 3,109,246.09 min manata yüksəltmişik. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq.

-Bankın müştəri sayında da artım varmı?

-2024-cü ildəki ən böyük inkişaf göstəricilərimizdən biri də elə məhz bu istiqamətdədir. Artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32% artmışdır. Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır.  

Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallardan, yəni Bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir.

-ABB hazırda nə qədər effektiv fəaliyyət göstərir?

-Müştəri sayımızı və gəlirlərimizi artırmaqla yanaşı, səmərəli fəaliyyət, xərclərimizin optimallaşdırılması da daim gündəliyimizdədir. ABB komandası olaraq, həm ölkəmizdə, həm regionda nümunəvi bank olmağı, dünyanın ən qabaqcıl banklarının, şirkətlərinin təcrübələrini tətbiq etməyi hədəfləmişik.

Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik. Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40%-in altındadır. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
2
13
banco.az

10Источники