RU

"Ekspressbank” fəaliyyətini dayandıra bilər

Ekspressbank” ASC-nin lisenziyası ləğv edilə bilər. 
Məlumata görə bankın bağlanmasına səbəb son zamanlar çoxsaylı şikayətlər və kredit portfelinin kiçilməsidir. 
"Ekspressbank” ASC-nin nizamnamə kapitalı hazırda 112 milyon manatdan çoxdur. 
"Ekspressbank” ASC-nin qanuni təmsilçisi Məmmədov Mehman Sabir oğludur. 
Ancaq Bankın  "Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevə məxsus olduğu barədə mediada dəfələrlə yazılıb. 
Etibar Pirverdiyev vəzifədən azad edildikdən sonra "Ekspressbank” ASC-nin sürətlə tənəzzülə getdiyi bildirilir. 
Onu da qeyd edək ki, 2024-cü ilin əvvəlində şirkətlər "Expressbank”dan 25 milyondan çox depoziti geri çəkib. Buna görə də bankın aktiv və mənfəətləri kiçilib./qlobal

Избранный
2
1
7news.az

2Источники