Ajans.az xəbər verir ki, bu barədə agentliyin sosial şəbəkə hesabında bildirilib.
“Mediada Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda diqqətə çatdırılıb.
MÜTDA-nın mətbuat xidməti vurğulayıb ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir: “Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir”.
Dövlət qurumu cari ildə metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd edib: “2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur”.
“Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”, – paylaşımda bildirilib.