RU

Cənubi Koreya uçuşlara qoyulan qadağanın müddətini uzatdı

Təyyarə qəzası səbəbilə Cənubi Koreyanın Muan beynəlxalq hava limanında uçuşlara qoyulan qadağa aprelin 18-dək uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, Banqkok-Muan reysi ilə hərəkət edən “Jeju Air” şirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsi dekabrın 29-da qəzaya uğrayıb.İlkin məlumata əsasən, təyyarənin mühərriklərindən biri quş sürüsü ilə toqquşub, sonradan isə toqquşma nəticəsində şassi sıradan çıxıb. Nəticədə eniş zamanı təyyarə uçuş zolağından çıxaraq divara çırpılıb və partlayıb. Göyərtədə olan 181 nəfərdən yalnız iki stüardessa sağ qalıb.

Bizim.Media

Избранный
30
50
bizim.media

10Источники