Bakı. Trend:
Liviyada sutkalıq neft hasilatının 1,6 milyon bareləçatdırılması üçün 4 milyard dollar sərmayəyə ehtiyac var.
Trend xəbər verir ki, bunu“Reuters”ə müsahibəsində ölkənin neft naziri vəzifəsini icra edənXəlifə Əbdülsadiq bildirib. O qeyd edib ki, hökumət yeni istismarlisenziyalarının verilməsi üçün yanvarın sonunadək tender elanedəcək.
Xəlifə Əbdülsadiq qeyd edib ki, ölkənin gəlirlərinin 95 faizineftdən asılıdır. Buna görə də, hökumət sutkalıq hasilatın 2 milyonbarelə çatdırılmasına çalışır. Şənbə günü hasilat 1,4 milyon bareliötüb. Ölkədə 2011-ci ilədək sutkalıq hasilat 1,6 milyon barelsəviyyəsində olub.
Son məlumata görə Liviya ərazisinin 70 faizində, o cümlədənərazi sularının 65 faizində neft yataqları işlənməyib. Sərmayətapılmasa, hazırki hasilat səviyyəsini də saxlamaq mümkünolmayacaq.