RU

Fatma Yıldırım Bərdədə seçicilərlə görüşdü

 Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş, bir qismi yerində həll edildikdən sonra digər müraciətlər qeydiyyata alındı və aidiyyatı qurumlara göndərilməsi bildirildi.
Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir.
Növbəti vətəndaş qəbulu yanvarın 23-də Bərdə rayonu İkinci Nazırlı kəndində keçiriləcək.
    
Избранный
18
1
xalq.az

2Источники