Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata Suriyanın Ayn əl-Ərəb (Kobani) şəhəri ilə üzbəüz yerləşən Şanlıurfanın Suruç rayonuna zirehli texnika və sursat göndərilib.
Bildirilib ki, Şanlıurfanın Aligör məhəlləsindən keçən hərbi konvoyun bir hissəsi Suriya sərhədinə çatıb.