![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/7/26/1/6fbb083c-02fa-4c0a-ac4c-ffbaad7a409d/azerbaycan-futbolu.jpg)
Dünyanın ən yaxşı futbol liqalarının 2024-cü il üzrə reytinq cədvəli açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 100 ölkə çempionatı yer alıb.
Azərbaycan Premyer Liqası əvvəlik illə müqayisədə 4 pillə irəliləyərək reytinq cədvəlində 434,25 xalla 36-cı sırada qərarlaşıb.
Azərbaycan çempionatı bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sırada qərarlaşıb.