Azərbaycanın Tacikistandakı səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi və mətbuat konfransı keçirib.
Viral.az-ın məlumatına görə, səfirlikdən bildirilib ki, tədbir iştirakçıları şəhidlərin xatirəsini yad ediblər.
Tədbir zamanı səfir Əlimirzamin Əsgərov iştirakçılara 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələr barədə məlumat verib (Report”).