RU

XİN: İlk fürsətdə Los-Ancelesdəki Baş Konsulluq öz yerində fəaliyyət göstərəcək

İmkan olan kimi Azərbaycanın Los-Ancelsdəki konsulluğu əvvəlki binasına köçürüləcək. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib.
 
"Yanğınlar səbəbindən binadan digər əraziyə konsulluq köçürülüb. Konsulluğun fəaliyyəti bağlanmamışdı. Əlaqə telefonları mövcud idi. Digər əlaqə vasitələri  də var idi. Sadəcə başqa binaya köçürülmüşdü. Təhlükəsizlik üçün bu addım atılıb. İlk fürsətdə keçmiş yerində fəaliyyəti bərpa olunacaq",- Bayramov 20 Yanvar şəhidlərini ziyarət edərkən jurnalistlərə açıqlamasında vurğulayıb.
 
Aytac Zeynalova

www.anews.az
Избранный
10
anews.az

1Источники