ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiya mərasimi üçün rekord məbləğdə 250 milyon dollar toplayıb. AFN.az xəbər verir ki, bu barədə mənbləryə istinadən ABC televiziya şirkəti məlumat yayıb.Bildirilir ki, vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vensin inauqurasiya komitəsi, eləcə də inauqurasiya üçün vəsait toplayan digər böyük təşkilatlar tərəfindən toplanıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Respublikaçıların əvvəlki inauqurasiyası cəmi 107 milyon dollar toplayıb.ABC-nin məlumatına görə, respublikaçının andiçmə mərasimi iri texnologiya şirkətləri tərəfindən maliyyələşdiriləcək, onların rəhbərləri yanvarın 20-də Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcəklər. Onların arasında Meta, Apple, Amazon, Google, Microsoft, OpenAI və Uber şirkətləri var. Mənbələr həmçinin kriptovalyuta sənayesinin əsas oyunçularından maliyyə vəsaiti ayırdığını bildiriblər - Ripple 5 milyon dollar, Robinhood 2 milyon dollar, Coinbase 1 milyon dollar sərmayə qoyub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта