İspaniya Superkubokunun final matçında "Barselona"ya 5-2 hesablı məğlubiyyətdən sonra "Real Madrid"də gərginlik davam edir. Metbuat.az xəbər verir ki, məşqçi Karlo Ançelotti mövsümün fasiləsində rəhbərlikdən transfer həyata keçirilməsini tələb edib. İspaniyanın “Onda Cero” radiosunda yayımlanan xəbərə görə, rəhbərlik Ançelottinin tələbini rədd edib. İddia edilir ki, buna qədər rəhbərlik mövsümün fasiləsində bir neçə futbolçunun transferini nəzərdən keçirirdi. Məlumata görə, “Real Madrid” mövsümün fasiləsində etmək istədiyi bütün transferlərdən, o cümlədən Trent Alexander-Arnolddan imtina edib. Bildirilib ki, prezident Florentino Peres diqqəti komandanın gənc oyunçularına yönəltməyi irəli sürüb. Xəbərdə deyilir ki, Karlo Ançelotti mövsümün fasiləsində istefaya göndərilə biləcəyi üçün rəhbərlik onun tələblərini təxirə salıb.