Azərbaycan millisinin üzvü Emil Mustafayev Ukraynanı tərk etməyib.
Bizim.Media xəbər verir ki, Emilə Azərbaycan Premyer Liqasında yarışan bir neçə klubdan təklif gəlsə də, o, Ukraynada qalmağa üstünlük verib.
Mustafayev "Çernomorets"lə anlaşıb. Emil mövsümün sonuna qədər Odessa təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Emil Mustafayev 2023-cü il iyulun 1-də "Aleksandriya"dan "Polessye"yə keçib. Onun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта