RU

LDU heyəti Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib

Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq, qürur salnaməsi olan 20 Yanvar faciəsindən 35 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti  Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər.

Universitetdən AzEdu.az-a bildirilib ki, ölkəmizin müstəqilliyi  uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.

Xatırladaq ki, 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Universitetin Elmi kitabxanasında faciəni əks etdirən kitab sərgisi təşkil olunub.

Избранный
11
azedu.az

1Источники