RU

Facebookda "feyk"lər çoxalacaq

Uzun müddətdir ki, "Meta" qrupuna aid sosial şəbəkələrdə faktçekinq xidmətləri (faktların yoxlanılması sistemi - red.) fəaliyyət göstərir. “Facebook”un tənzimləmələrindəki qeydlərə əsaslansaq, bu işi Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi və ya Avropa Fakt Yoxlama Şəbəkəsi tərəfindən sertifikatlaşdırılmış, müstəqil şəkildə fəaliyyət göstərən, üçüncü tərəf sayılan faktchekinq təşkilatları həyata keçirir.

"Meta" şirkətinin qurucusu Mark Zukerberq bir qədər əvvəl mövzu ilə bağlı diqqət çəkən videomüraciət yaydı. O, idarə etdiyi platformalarda senzura sisteminin həddindən artıq sərtləşməsindən gileylənərək, bildirdi ki, şirkət yaxın günlərdə üçüncü tərəfin, yəni faktçekinqlərin xidmətindən istifadəni dayandıracaq. "Meta" immiqrasiya, gender kimi mövzuların müzakirəsinə qoyulan məhdudiyyətləri də aradan qaldıracaq. 

"Bəzi şeylərdən televiziya kanallarında və ya Konqresdə danışıldığı halda, onların bizim platformalarda dilə gətirilə bilinməməsi düzgün deyil!",- Zukerberq bildirib. Onun sözlərinə görə, faktçekerlər olduqca siyasiləşmiş, qərəzli tərəfdir və artıq “ifadə azadlığının kökünə qayıtmağın vaxtıdır”.


Избранный
38
news24.az

1Источники