Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib. O, “Brüsseli ələ keçirmək” növbəsinin ölkəsinin olduğunu deyib.
“Prezident Donald Trampı Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi inauqurasiyası münasibətilə təbrik edirəm! İndi parlama növbəmizdir! Brüsseli tutmaq bizim növbəmizdir!” – Orban X sosial şəbəkəsində yazıb.
Yanvarın 20-də Tramp rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. İnauqurasiya nitqində o, ABŞ-ın düşmənlərini məğlub etmək məqsədi daşıyan güclü Amerika ordusu yaratmağa söz verdi.
DOĞRU.AZ