İnsult keçirən xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
Milli.Az xəbər verir ki, bu haqda xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, səhhəti ağırlaşan Ənvər Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib./teleqraf.com
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2025/01/19/enver_hesenov.jpg)