ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra keçmiş prezident Co Baydenin 78 fərman və memorandumunu ləğv edib. Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb . Məlumata görə, Tramp Vaşinqtonda “Capital One Arena” idman-konsert kompleksində tərəfdarları qarşısında mitinqdə çıxış edərək, Baydenin qərarlarını ləğv edən bir sıra fərmanlar imzalayıb. Telekanalın məlumatına görə, ABŞ-nin yeni prezidenti əvvəlki administrasiyanın ümumilikdə 78 fərman və memorandumunu ləğv edib. Telekanal xəbər verir ki, imzalamağı bitirən Amerika lideri sənədləri imzaladığı qələmləri izdihamın arasına atıb.