RU

Penalti var idi? -

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirləcək “Benfika” ilə matçdan əvvəl açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, “Barselona” “Benfika” ilə oyunda qələbə qazanaraq, qrup mərhələsini ilk 8 komanda arasında bitirməyi təmin etmək istəyir. O, açıqlamaları zamanı ötən tur İspaniya La Liqasında qarşılaşdıqları “Xetafe” ilə oyundakı qalmaqallı epizoddan da danışıb. Kunde ilə bağlı epizoddan danışan Flik, epizodun penalti olduğunu ifadə edib. ““Xetafe”ylə oyunda Koundeyə edilən hərəkət dəqiq penalti idi. Bunun necə verilməməsi inanılmazdır. Penalti vermək üçün heç VAR-a da ehtiyac yox idi. “Xetafe”nin hansı tərzdə oynadığını bilmirdim. Top tennis oyunu kimi yuxarı-aşağı gedirdi” - deyə bildirib.

Qeyd edək ki, “Xetafe” - “Barselona” oyunu 1-1 hesabı ilə yekunlaşıb.

Избранный
10
metbuat.az

1Источники