RU

“Polisə ərizə yazmışam, heç kəs bacarmır” - Aynişan üsyan etdi

Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloqer Aynişan Quliyeva sosial şəbəkə hesabında xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, Aynişan onun adından dələduzların insanlara yazaraq pul istədiklərini açıqlayıb.

Bloqer, eyni zamanda, izləyicilərinə belə hallarda onun adından yazan şəxslərə etibar etməmələrini vurğulayıb:

"Dostlar, son günlər mənim adımla "WhatsApp"dan dostlarıma mesajlar göndərilib, guya nömrəmi dəyişmişəm. Xəbəriniz olsun ki, nömrəmi dəyişməmişəm və heç kimə belə mesaj yazmamışam. Xahiş edirəm, bu tip mesajlara inanmayın və ehtiyatlı olun".

A.Quliyevanın sözlərinə görə, bu cür halların qarşısını almaq məqsədilə polisə ərizə yazıb, amma hələ də həmin şəxslər tutulmayıb:

“Necə bunun doğru olduğuna inanan insanlar ola bilər?! 1 ildir hər dəfə paylaşıram. Yenə də eyni söhbət! Oğrudurlar! Cibinizə girirlər. Polisə ərizə də yazmışam. Amma heç kim bacarmır. Bunu edənlər tapılmır”. 

Əsmətxanım

 

 

 

 


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники