Donald Trampın andiçmə mərasimindən sonra açıqladığı planlara dünya mediası fərqli reaksiya verib.
Publik.az xəbər verir ki, Trampın fikirləri müxtəlif nəşrlərdə, o cümlədən süni intellektin köməyi ilə təhlil edilib.
Bildirilir ki, liberal yönümlü nəşrlər ABŞ-ın yeni prezidentinin xüsusilə immiqrasiya qanunvericiliyi və gender məsələləri ilə bağlı açıqlamalarını tənqid edib.
Mühafizəkar media Donald Trampın Ağ Evə qayıtmasını alqışlayıb. Onun “Amerikanı yenidən qurmaq” əzmini qeyd etdilər.
Avropa ölkələrinin nəşrləri siyasətçinin bəyanatlarını xüsusilə iqlim dəyişikliyi və beynəlxalq ticarət kontekstində qlobal sabitliyə təhlükə kimi qiymətləndirib.