RU

Azarkeşlərə xəbərdarlıq edildi: İstanbulda bunu etməyin

Bu gün Türkiyənin "Qalatasaray" və "Dinamo Kiyev" komandalarının qarşılaşacağı Avropa Liqasının 7-ci turunun oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, Ukrayna klubu matç ərəfəsində azarkeşlərə müraciət edərək, təhlükəsizlik baxımından onları İstanbulda klub simvollarından istifadə etməməyə çağırıb:

“Ukraynalı azarkeşlər üçün Taksim Gəzinti Parkında xüsusi toplaşma yeri təşkil olunacaq, oradan sizi polisin müşayiəti ilə təhlükəsiz şəkildə stadiona aparacaqlar. Biz həmçinin təhlükəsizliyiniz üçün şəhərdə klub simvollarını taxmaqdan çəkinməyə çağırırıq”, - deyə klubun rəsmi saytında bildirilib.

Qeyd edək ki, xalsız “Dinamo” Avropa Liqasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Qalatasaray” isə 12 xalla 6-cı yerdədir.

Избранный
11
publika.az

1Источники