RU

Sərxoş mühafizəçi Şəhidlər Xiyabanında

Hüzn günlərində belə siyasi dividend qazanmaq üçün fürsət kimi istifadə edən AXCP sədri Əli Kərimli bu dəfə də adətinə "xilaf" çıxmadı. 20 Yanvar Ümumxalq Hüzn günü qarşısına bir neçə kameralı "müşayətçi" salan Kərimli başının dəstəsi ilə deyə - gülə azadlıq mücahidi olan şəhidlərimizi "ziyarət etməyə" gəlmişdi. Yayılan videogörüntüdə həm onun, həm də Gültəkin Hacıbəylinin davamlı güldükləri diqqətdən yayınmadı. Bu gülüşlərin səbəbi bəlli olmasa da, şəhidlərə verilən qiymət tam bəlli idi…

Ən önəmli isə Əli Kərimlinin arxasınca gedən "cangüdəni"nin (Kərimli Şəhidlər Xiyabanına da cangüdənlə gəlir) içkili olması idi – bəli, bu məqam da diqqətdən yayınmadı. Videogörüntülərdə aydın olur ki, bu şəxs tələm-tələsik, hətta qoruduğu şəxs və partiya sədrinin başının üstündən boylanaraq tələsik su butulkasını acgözlüklə başına çəkir – demək ki, həmin şəxs içkili halda Şəhidlər Xiyabanına gəlib. Onun sonradan gün eynəyini cibindən çıxararaq gözünə taxması da diqqəti cəlb edir – içkili olduğunun meydana çıxmaması üçün gözlərini gizlətmək məcburiyyətində qalır. Yoxsa, videoçəkilişin aparıldığını görüb yolun ortasında cibindən gün eynəyi çıxarıb tələsik taxmazdı.

Əli Kərimlinin Azərbaycan xalqına, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə "hörməti" budur – yanına salıb gətirdiyi şəxsin içkili olması onun üçün fərq yaratmır. Əsas odur ki, Kərimlinin yan-yörəsi "qələbəlik" görünsün. Bu şəxs özünün cılız siyasi ambisiyalarına o qədər aludə olub ki, artıq ictimai rəy və ya xalqın qınağı da onun üçün heç bir əhəmiyyət kəsb etmir – əsas odur ki, Kərimlini maliyyələşdiənlər ondan razı qalsın.

Mənsur

Избранный
27
yeniazerbaycan.com

1Источники