RU

Bütün növ artımlar qüvvəyə minir: MƏBLƏĞ + TARİX

Ölkə üzrə yaşayış minimumu və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən edilib. Müqayisə üçün, bu rəqəm 2024-cü ildə 270 manat təşkil edirdi. Bu isə gələn il hər iki göstəricinin 5%-dən çox artırılma ehitmalını göstərir. 

Bəs sosial müavinətlərə bu il nə qədər artım tətbiq olunacaq? 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Ajans.az-a verdiyi açıqlamada bildirib ki, yaşayış minimumunun artırılması birbaşa olaraq ünvanlı sosial yardımların da avtomatik artımına səbəb olur.

"Yeni göstəricilərə əsasən, 2025-ci il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı həddi 285 manat məbləğində müəyyən edilib. Ötən il bu məbləğ 270 manat təşkil edirdi. Bu artım 4 nəfərlik bir ailəyə ünvanlı yardım məbləğinin təxminən 60 manat artırılmasına səbəb ola bilər. Bu, təxminən 5%-lik bir artım deməkdir"

Xalid Kərimli əlavə edib ki, pensiyalar da avtomatik olaraq artacaq. Bu artım keçən ilin orta əməkhaqqı göstəricilərinə əsaslanır:

"Belə ki, pensiya məbləğləri orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Həmçinin, bu il əməkhaqqılarının artımı fevral ayının ilk 10 günündə baş verəcək. Pensiya növündən asılı olmayaraq, bütün pensiyalar bu göstəriciyə əsasən yenidən hesablanacaq. Ölkədə sosial müdafiəni gücləndirmək məqsədilə Prezident tərəfindən sosial müavinətlərin artırılması ilə bağlı yeni tapşırıqlar verilib. Ünvanlı dövlət sosial yardımı, tələbələrə verilən təqaüdlər, pensiyalar və digər sosial müavinətlər artımlara aiddir".  

İqtisadçı bildirib ki, gözlənilən artımlar bu ayın sonu və ya gələn ayın əvvəlində tam açıqlanacaq. Artım miqyası növündən asılı olaraq 5%-dən 15%-ə qədər dəyişə bilər.

Избранный
21
Ajans.az

1Источники