Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı “Grand Kartal” oteldə baş verən yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat yoxdur.
Bu barədə Teleqraf.com-un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır, zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı dəqiqləşdirilir.
Diplomatik nümayəndəlikdən o da bildirilib ki, məsələ ilə bağlı hər hansı müraciət almayıblar.
Qeyd dək ki, yanvarın 20-də Türkiyənin Bolu şəhərində yerləşən Kartalkaya xizək kurortundakı “Grand Kartal” otelində yanğın olub. Ölkənin daxili işlər naziri Ali Yerlikaya yanğın zamanı 66 nəfərin öldüyünü, 51 nəfərin də yaralandığını bildirib.
Hadisə baş verərkən oteldə 238 nəfərin qeydiyyatda olduğunu söyləyib.
Dəryanur Cəfərova
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта