RU

Əmək və sosial siyasət komitəsinin ilk iclası: Əmək pensiyasının 320 manat olunması təklif olundu

Bakı. Trend:

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, iclası açan komitə sədri Musa Quliyev yenisessiyada komitə üzvlərinə uğurlar diləyib və gündəlik barədəməlumat verib.

Komitə sədri iclasın gündəliyinə 4 məsələnin daxil edildiyinisöyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin2024-cü ilin payız sessiyası dövründə Əmək və sosial siyasətkomitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilibki, komitənin ötən sessiya ərzində 14 iclası keçirilib və həminiclaslarda bir sıra məsələlərlə yanaşı, 10 qanun layihəsi müzakirəedilib. Hesabat dövründə komitəyə daxil olan 178 ərizə, şikayət vəmüraciətin hamısı araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasıüçün iş planının layihəsi barədə Musa Quliyev bildirib ki,qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdimolunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi vədigər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki qanun layihələri barədə məlumatı Milli MəclisAparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevtəqdim edib. O, bildirib ki, üçüncü məsələ olan “Əmək pensiyalarıhaqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əməkpensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320manat məbləğində müəyyən olunması təklif olunub.

Adil Vəliyev gündəliyin dördüncü məsələsi olan “Sosial sığortahaqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədəqanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkənvurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergiinzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluqtəşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə əlilliyi olanşəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçündəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunangəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müaviniElşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, JaləƏliyeva, Əziz Ələkbərov, Nigar Məmmədova çıxış ediblər, qeyd vətəklifləri bildiriblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülənişlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yazsessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə MilliMəclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Bədəl Bədəlov, Sevinc Hüseynova, GöydənizQəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

Избранный
16
45
az.trend.az

10Источники