İsrail Livanda və ya başqa ərazilərdə ÇAXAL tərəfindən ələ keçirilən Rusiya istehsalı silahları Ukraynaya təhvil verməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi Feysbuk səhifəsində məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 21-də Ukraynanın İsrail Dövlətindəki səfiri Yevgeni Korniyçuk və İsrail Dövlətinin Xarici İşlər Nazirinin müavini Şarren Haskel arasında görüş baş tutub.
"Görüş zamanı səfir həmsöhbətinə Livanda və ya başqa yerlərdə İsrailin düşmənlərindən İDF (ÇAXAL) tərəfindən ələ keçirilən Rusiya istehsalı silahların Ukraynaya təhvil verilməsi təklifinə görə təşəkkür edib. Bu təşəbbüsün hər iki tərəfin ümumi təhdidlərinin tanınması istiqamətində mühüm addım olduğu qeyd edilib. Ukrayna tərəfi bu məsələnin müsbət həllinə ümid etdiyini bildirib”.