RU

Ərdoğan yanvarın 22-ni Türkiyədə kurortda baş verən yanğında həlak olanlar üçün matəm günü elan edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında həlak olanların xatirəsinə matəm günü elan edib.

“Yanvarın 22-də ümummilli matəm elan edilir. Ölkənin bayrağı gün batana qədər endiriləcək”, – Anka Haber agentliyi onun xalqa müraciətindən sitat gətirir.

Bundan əvvəl Türkiyədə dağ-xizək kurortunda 12 mərtəbəli oteldə baş vermiş yanğın nəticəsində 66 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi.

İlkin məlumata görə, ölənlər Türkiyə vətəndaşlarıdır.

DOĞRU.AZ

Избранный
16
dogru.az

1Источники