RU

Serebral iflic olan qadın ana oldu

Serebral iflic olan I qrup əlil qadın ana olub.

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
 

Qeyd olunub ki, yanvarın 15-i saat 22:13-də KTM-in Doğum-Ginekologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə çəkisi 2 300 qram, boyu 45 sm olan qız dünyaya gəlib.


Körpənin anası serebral iflicin diplegiya formasından əziyyət çəkən və 1-ci qrup əlil olan bir qadındır. Hamiləliyin 36-cı həftəsində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Zəruri müayinələrdən sonra ana və körpə yaxşı vəziyyətdə evə buraxılıb.

Bizim.Media

Избранный
6
12
bizim.media

10Источники