RU

AMB-nin valyuta ehtiyatları açıqlandı

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AMB məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb.

Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.

Избранный
13
4
qafqazinfo.az

3Источники