RU

Dünya Turizm Təşkilatı: 2024-cü ildə 1,4 milyard insan beynəlxalq səyahət edib

Qeyd olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 11 faiz çoxdur.

2024-cü ildə dünya üzrə 1,4 milyard insan beynəlxalq səyahət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Dünya Turizm Təşkilatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2024-cü ildə 1,4 milyard insanın beynəlxalq səyahət edib. Bu əvvəlki illə müqayisədə 11 faiz çoxdur. Dünya Turizm Təşkilatı artımın əsas səbəbini Yaxın Şərq, Avropa və Afrika kimi bölgələrdəki turizmin canlanmasıdır.

Məlumatda qeyd olunub ki, 2023-cü ilin göstəriciləri ilə müqayisədə, Yaxın Şərq, Afrika və Avropada ziyarətçi sayı müvafiq olaraq 32%, 7% və 1% artıb. 

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, 2025-ci ildə bu artımın davam edəcəyini vurğulayıb.

 

Избранный
19
9
operativmedia.az

10Источники