RU

“Konstitusiya dəyərlərinin gənclər arasında təşviq edilməsi vacibdir” - Əli Mirzəyev

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı fikirlərini QHT.az ilə bölüşüb. O, bildirib ki, bu addım ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edir.

Əli Mirzəyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edildikdən sonra gənclər siyasətində də mühüm dəyişikliklərin baş verməsi gözlənilir. “Dövlətin bu sahədəki siyasətinə dəstək vermək üçün gənclər təşkilatlarının qarşısında mühüm vəzifələr durur. Konstitusiya dəyərlərinin gənclər arasında təşviq edilməsi məqsədilə tədbirlər planı hazırlanmalı, məqsədyönlü şəkildə fəaliyyətlər həyata keçirilməlidir,” – deyə o, əlavə edib.

QHT sədri həmçinin gənclərin konstitusiyaya əsaslanan hüquqlarının daha da möhkəmləndirilməsi və bu istiqamətdə gənclər təşkilatlarının aktiv fəaliyyət göstərməsi ilə bağlı gözləntilərini bildirib, gənclərin ölkənin inkişafında daha fəal rol oynamalarını təmin etmək üçün hüquqi və sosial dəstəyin vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
32
17
qht.az

10Источники