RU

"Etibar Məmmədova müraciət etdik ki..." - Deputat seçkilərdən DANIŞDI

Parlament seçkilərində bir neçə namizədlə iştirak edirdik. Etibar Məmmədova partiya daxilindən müraciət olunmuşdu ki, seçkilərdə iştirak edəcəksə, ona dəstək olunsun.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

O qeyd edib ki, Etibar Məmmədov seçkilərdə iştirak etməmək barədə qərar verib:

"Ondan sonra seçkilər dönəmində belə bir qərar oldu ki, hansı dairədən keçmək şansımız daha çoxdursa, həmin dairəyə fokuslanaq. Belə qərar alındı ki, mənim namizəd olduğum dairəyə partiyanın bütün resurs və imkanları yönəldildi və nəticə əldə edə bildik".

Deputatın sözlərinə görə, Etibar Məmmədov partiyanın cari fəaliyyətində iştirak etmir:

"Qəbul edilmiş qərarlara nə əvvəldən, nə sonradan hansısa müdaxilə edir. Bu, qəbul olunmalıdır ki, Etibar bəy Azərbaycanda siyasi arenada müəyyən qədər uğurları olan və kifayət qədər tanınan şəxsiyyətdir. Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri olub. O zaman Rusiyada həbs həyatı yaşayıb. 1 milyon yarım insanın imzası ilə həbsdən azad edilib. Ondan sonrakı dövrlərdə də Azərbaycanın tanınmasında iştirak edib. Ölkəmiz ilk dəfə Türkiyə tərəfindən tanınıb. Bu prosesdə Etibar bəy bilavasitə iştirak edib. Türkiyə ictimaiyyətində bu mövqe gücləndirildi. Sonradan Pakistana gedən nümayəndə heyətinə də Etibar bəy rəhbərlik edib. Bu il "Konstitusiya ili"dir. O, konstitusiya komissiyasının üzvü olub. Müəyyən qədər böyük xidmətləri var. Müxtəlif məsələlərlə bağlı müzakirələrimiz olur. Konkret kritik məsələlərdə onunla məsləhətləşməliyik deyə, bir şey yoxdur. Sadəcə bəzi mövzularda onun da fikrini öyrənməyə ehtiyac yaranır".

Qeyd edək ki, Etibar Məmmədov AMİP-nin fəxri lideridir.

Избранный
17
50
modern.az

10Источники