RU

Nuri Şahin istefa verdi - Rəsmi

Almaniyanın "Borussiya Dortmund" klubunun baş məşqçisi Nuri Şahin tutduğu vəzifədən ayrılıb.

News24.az xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda səfərdə "Bolonya"ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra istefa verib.

36 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında məqsədinə çatmadığı üçün təəssüfləndiyini dilə gətirib: “Təəssüf ki, mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflərə çata bilmədik. Kluba gələcəkdə uğurlar arzulayıram”.

Qeyd edək ki, "arılar" Bundesliqada 18 turdan sonra 25 xalla 10-cu pillədə, Çempionlar Liqasında isə 7 oyuna 12 xal toplayaraq 13-cü sırada qərarlaşıb./Teleqraf.com


Избранный
10
news24.az

1Источники