Türkiyənin TRT televizyasının fars bölməsinin açılışından qısa müddət sonra İranın dövlət radio və televizya şirkəti PressTV-nin türkcə bölməsini yaradıb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, yeni kanal Türkiyə türkcəsində informasiya və verilişlər yayacaq.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayının 18-də Türkiyənin TRT kanalının 24 saat fəaliyyət göstərən fars bölməsi fəaliyyətə başlayıb.