RU

Azərbaycan Universiteti və “Sosial iş” İB memorandum imzaladı - Fotolar

Azərbaycan Universiteti və “Sosial iş” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və ictimai birliyin sədri Səbinə Rüstəmova imzalayıb.

İmza mərasimindən əvvəl tərəflər arasında işgüzar görüş olub. Görüşdə universitetin rektoru S. Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində sosial iş ixtisasının tarixi və tədrisi, bu sahədəki beynəlxalq və yerli əməkdaşlıqlar, Sosial işin təşkili kafedrasının fəaliyyəti, ixtisasa dair prioritetləri və gələcək planları haqqında məlumat verib. Qeyd edib ki, bu ixtisasın tədrisinə 2009-cu ildə bakalavriat səviyyəsində start verilib, hazırda isə ali təhsilin hər üç səviyyəsi üzrə kadr hazırlığı aparılır. İxtisas 2023-cü ildə bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib ki, bu da universitetin beynəlmiləlləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rektorun müşaviri Nüşabə Quliyeva universitet əməkdaşlarının Sosial iş sahəsində yerinə yetirdikləri elmi-tədqiqat işləri və təşkil olunan konfranslar, Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova isə tələbələrin istehsalat təcrübələrinin təşkilindən bəhs edib.

İctimai Birliyin sədr müavini Tural Mirzəyev təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələri, iştirak etdiyi və həyata keçirdiyi layihələr haqqında danışıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, memoranduma əsasən tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfrans, təlim və seminarların təşkil edilməsi, ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsi və bu kimi sahələrdə əməkdaşlıq edəcəklər.




Избранный
10
10
qafqazinfo.az

7Источники