RU

Siqaret hər il İsraildə 8 min insanın ölümünə səbəb olur

Bakı, 22 yanvar, AZƏRTAC

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, siqaretlə bağlı xəstəliklər hər il ölkədə 8 min nəfərin ölümünə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bununla bağlı İsrailin xəbər agentliyi (TPS-IL) məlumat yayıb. Bildirilib ki, İsraildə böyüklərin 20 faizindən çoxu siqaret çəkir.

Statistikaya görə, siqaret səbəbindən insanlar bədxassəli xəstəliklər, ürək-damar ağırlaşmaları, insult, tənəffüs problemləri və şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkirlər.

Hesabatda, həmçinin göstərilir ki, gənclər arasında elektron siqaretdən istifadənin sayı artıb. Belə ki, bu ölkədə yaşayan gənclərin 14 faizi həyatlarında ən az bir dəfə siqaret çəkdiklərini etiraf ediblər.

Xatırladaq ki, qlobal miqyasda, siqaret hər il təxminən səkkiz milyon insanın həyatına son qoyur və bütün siqaret çəkənlərin yarısının vaxtından əvvəl ölümünə səbəb olur.

Избранный
17
1
azertag.az

2Источники