Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/10/2/1/09c5afd4-0a07-48f4-8800-350fbb9bdd75/sultan-zahidov.jpg)
Onun sözlərinə görə, Fransa çalışırdı ki, orada doğulan uşaqların düşüncəsinə təsir etsin, kimliyini unutdursun:
"Bunun üçün də Reyunyondan uşaqlar Fransanın müxtəlif bölgələrində ailələrə övladlıq verilirdi. Fransız ailələrdə həmin uşaqlara çox acımasız və qəddar rəftar olduğu üçün onlar psixoloji travma yaşayırdılar".
Politoloq qeyd edib ki, ərazilərdə işsizlik ildən-ilə artmaqda, təhsil səviyyəsi düşməkdədir:
"Səfalət, kasıblıq fonunda iqtisadi artım yox dərəcəsindədir. Yerli xalq müəyyən vaxtlarda Fransaya qarşı üsyanlar edib, öz etirazlarını səsləndiriblər. Fransa həmin üsyanları amansızlıqla boğub. Fransa Reyunyon əhalisinin təhsil, sosial hüququnu, iqtisadi inkişafını təmin etmir.
Bütün bunlar onu göstərir ki, Fransa nəinki başqa ölkələrə demokratiya bəxş etmək, hətta öz müstəmləkələrinin belə qeydinə qalmır".
Xatırladaq ki, ötən gün Bakıda Reyuyon xalqları Fransa müstəmləkəsinə qarşı konfrans keçirib.
Əfsanə Kamal
Demokrat.az